Azərbaycanın bayraqdarları

8 Avqust 2022 03:40 Bizimkilər 614
Azərbaycanın bayraqdarları

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarları məlum olub.

Sportinfo.az xəbər verir ki, avqustun 9-da keçiriləcək açılış mərasimində ölkəmizin adının yazıldığı lövhəni Hacı Əliyev daşıyacaq.

Üçrəngli bayrağımızı isə atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparacaqlar.

Hacı Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya çempionu, üçqat Avropa çempionu, Avropa oyunlarının qızıl və bürünc mükafatçısıdır.

Nazim Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.

​​Ayşən Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun qalibi, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır