“Neftçi”, “Zirə” və “Qəbələ”nin Konfrans Liqasında 80 rəqibi - BÜTÜN ADLAR

17 May 2022 14:00 Bizimkilər 1 636
“Neftçi”, “Zirə” və “Qəbələ”nin Konfrans Liqasında 80 rəqibi  - BÜTÜN ADLAR

Konfrans Liqasının ilk iki təsnifat mərhələsində mübarizə aparacaq 121 komandadan 84-ü dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, bunlardan üçü Azərbaycan komandalarıdır.

“Neftçi”, “Zirə” və “Qəbələ” yarışa ikinci raunddan başlayacaq 59 komanda sırasında olacaq. Bu mərhələnin artıq 37 iştirakçısı bəllidir.

İlk təsnifat mərhələsinin 62 komandasından da 47-si müəyyənləşib. Artıq 84 komandadan əksəriyyətinin yer alacağı səbət də məlumdur.

Azərbaycan klublarından “Neftçi” səpələnmiş, “Zirə” və “Qəbələ” səpələnməmişdir.

Hər üç təmsilçimizin bəxtinə I təsnifat mərhələsinin cütü də çıxa bilər, özü kimi yarışa II təsnifat mərhələsindən başlayanlar da. İlk raunddan azad olanları nəzərə alsaq, “Neftçi”nin 8, “Zirə” ilə “Qəbələ”nin 19 mümkün rəqibi məlumdur.

I təsnifat mərhələsi
Səpələnmişlər

“Flora” (Estoniya)
“Şkendiya” (Şimali Makedoniya)
“Riqa” (Latviya)
“Olimpiya” (Sloveniya)
“Kuopio” (Finlandiya)
“Buduçnost” (Monteneqro)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Laçi” (Albaniya)
“Mura” (Monteneqro)
“Drita” (Kosovo)
B36 (Farer adaları)
“Liepaya” (Latviya)
“Petrokub” (Moldova)
“Europa” (Cəbəllütariq)
HB (Farer adaları)
“Breydablik” (İslandiya)
“Qzira” (Malta)
“Milsami” (Moldova)
“Jalgiris” (Kaunas, Litva)
“Bala Taun” (Uels)

Qeyri-müəyyənlər
“Sent Cozefs” (Cəbəllütariq)
“Kruzaders” (Şimali İrlandiya)
“Poqon” (Polşa)
“Lexiya” (Polşa)
“Rujomberok” (Slovakiya)
“Saburtalo” (Gürcüstan)
“İnter” (Finlandiya)
“Reykyavik” (İslandiya)

Səpələnməmişlər
“Sfantul” (Moldova)
“Vikinqur” (Farer adaları)
“Floriana” (Malta)
“Derri” (İrlandiya)
“Larne” (Şimali İrlandiya)
“Panevejis” (Litva)
“Valmiera” (Latviya)
“Kliftonvill” (Şimali İrlandiya)
“Tuzla” (Bosniya və Herseqovina)
SJK (Finlandiya)
“Qjilani” (Kosovo)
“Sliqo” (İrlandiya)
“Dila” (Gürcüstan)
“Pandev akademiyası” (Ş.Makedoniya)
“Hamrun” (Malta)
“Nyutaun” (Uels)
“Maqpis” (Cəbəllütariq)
“Deçiç” (Monteneqro)
“İskra” (Monteneqro)

II təsnifat mərhələsi
Səpələnmişlər

“Bazel” (İsveçrə)
“Yanq Boyz” (İsveçrə)
“Slaviya” (Çexiya)
PAOK (Yunanıstan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Astana” (Qazaxıstan)
“Molde” (Norveç)
“Styaua” (Rumıniya)
BATE (Belarus)
“Antverpen” (Belçika)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Fehervar” (Macarıstan)
MOİK (Bolqarıstan)
“Suduva” (Litva)
“Spartak” (Slovakiya)
“Kayrat” (Qazaxıstan)
“Osiyek” (Xorvatiya)
“Motervell” (Şotlandiya)
“Neftçi” (Azərbaycan)
“Çukariçki” (Serbiya)

Qeyri-müəyyənlər
“Vaduts” (Lixtenşteyn)
“Vorskla” (Ukrayna)
“Panatinaikos” (Yunanıstan)
“Aris” (Yunanıstan)
“Vikinq” (Norveç)
“Lillestryom” (Norveç)

Səpələnməmişlər
AİK (İsveç)
“Dyerqarden” (İsveç)
“Levski” (Bolqarıstan)
“Qəbələ” (Azərbaycan)
“Zirə” (Azərbaycan)
“Puşkaş Akademiyası” (Macarıstan)
“Kişvarda” (Macarıstan)
“Rakov” (Polşa)
“Kızıljar” (Qazaxıstan)
“Sent Patriks” (İrlandiya)
“Noravank” (Ermənistan)

Digər Xəbərlər
Xəbər Lenti