Azərbaycanlı futbolçuların komandası qazandı - VİDEO

10 May 2022 02:40 Bizimkilər 831
Azərbaycanlı futbolçuların komandası qazandı - VİDEO

Rusiya I Divizionunda 36-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Kamran Əliyev və David Qarayevin çıxış etdiyi “SKA-Xabarovsk” doğma meydanda “Tomsk”la qarşılaşıb.

Matç Xabarovsk təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olub.

Kamran start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. O, 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. David Qarayev isə 82 dəqiqə meydanda olub.

“SKA-Xabarovsk” 36 turdan sonra 62 xalla 20 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti