Azərbaycan millisinin qapıçısı yeni klubu ilə müqaviləsini pozdu

19 İyun 2022 11:40 Bizimkilər 2 592
Azərbaycan millisinin qapıçısı yeni klubu ilə müqaviləsini pozdu

Azərbaycan yığmasının qapıçısı Emil Balayevin ikinci legioner həyatı erkən başa çatıb.

Bu ilin əvvəlində «Turan-Türküstan»la 1,5 illik müqavilə imzalayan kiper Qazaxıstan klubu ilə yollarını ayırıb.

Kontrakt qarşılıqlı razılaşma əsasında pozulub.

Balayev 2018-ci ildə «Səbail»dən «Tobol»a keçmişdi. Həmin vaxt onu ora Vladimir Qazzayev aparmışdı. Hansı ki, bu baş məşqçi Emilin «Turan»a gəlişinin də səbəbkardır.

Rusiyalı məşhur çalışdırıcı Valeri Qazzayevin oğlu Türküstan təmsilçisindən ayrılınca, yığmamızın üzvünün buradakı vəziyyəti dəyişdi.

Ötən müddət ərzində «Turan»da demək olar oynamaq şansı qazanmadı, cəmi 1 dəfə meydana çıxdı.

Balayev 2020-ci ilin yanvarında «Tobol»u «Zirə»yə dəyişmişdi. Həmin ilin yayında isə ikinci dəfə «Qarabağ»a dönmüşdü.

Gəl ki, Ağdam təmsilçisinə bu dörüşü də uğurlu alınmadı, Şahruddin Məhəmmədəliyevin kölgəsində qaldı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti