
7-15 iyun aralığında Rusiyanın paytaxtı Moskva şəhərində beynəlxalq futbol-musiqi festivalı keçiriləcək.
Ölkəmizi sözügedən turnirdə Azərbaycanın incəsənət adamlarından ibarət komanda təşkil edəcək.
İyunun 6-da Bakını tərk edərək Moskvaya yola düşən nümayəndə heyətinin tərkibində tanınmış azərbaycanlı futbolçular da yer alıb.
Biri Azərbaycan millisində və “Qarabağ”dakı çıxışları ilə tanıdığımız Vüqar Nadirov, digəri Azərbaycan yığmasının keşmiş üzvü Elhad Nəziridir.
Başa çatan mövsümdə məşqçii vəzifəsini yerinə yetirmiş keçmiş futbolçuların artistlərin yarışında necə və hansı adla çıxış edəcəyi maraq doğurmaya bilməz. Yəqin ki, hansısa güzəşt nəzərdə tutulub.
Festivalda təmsilçimizlə yanaşı, Argentina, Belarus, Macarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Paraqvay, Peru, Russiya, Serbiya, Türkiyə, Cənubi Koreya, Yaponiya və “İnter” adlı komandalar mübarizə aparacaq.
Azərbaycan ilk görüşünü bu gün Bakı vaxtı ilə saat 19:00-da Qazaxıstana qarşı keçirəcək.
HƏBİB / SPORTİNFO.AZ