
Vüsal İsgəndərli "Boluspor"dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən yarımmüdafiəçi Türkiyə klubundan ayrılsa da, legioner həyatı yaşamağa davam etmək istədiyini bildirib:
"Doğrudur, "Boluspor"la müqaviləm qüvvədədir. Amma danışırıq. Yəqin ki, böyük ehtimalla "Boluspor"da qalmayacam.
Belə alındı. Amma legioner həyatı yaşamaq niyyətindəyəm. Böyük ehtimalla, xaricdə qalacam.
Çünki təkliflərim var. Onları dəyərləndirəcəm. Yeni mövsümdə də xaricdə oynamaq niyyətindəyəm.
"Boluspor"da yaxşı təcrübə keçdim. Bu da mənim üçün yaxşı idi. Xaricdə qalmağa, buralarda oynamağa üstünlük verirəm".