Azərbaycanlı ən bahalı futbolçular arasında - Almaniyanın aşağı liqasında

26 Yanvar 2022 13:20 Bizimkilər 759
Azərbaycanlı ən bahalı futbolçular arasında - Almaniyanın aşağı liqasında

Almaniya Regional Liqasının ən bahalı futbolçuları açıqlanıb.

Sportinfo.az "Reviersport.de" saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov da yer alıb.

"Şalke"nin əvəzedici komandasında çıxış edən 31 yaşlı hücumçunun qiyməti 200 min avrodur. Dadaşov 8 futbolçu ilə birlikdə 9 - 16-cı yerləri bölüşdürür.

Liqanın ən dəyərli oyunçusu 1 milyon avro ilə "Köln"ün əvəzedici komandasında çıxış edən 20 yaşlı Tim Lemperledir.

Rüfət Dadaşov "Şalke"nin əsas komandasında da debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”