
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi FIFA-nın "The Best" mükafatı üçün keçirdiyi sorğuda yanılmayıb.
Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis ilin ən yaxşı futbolçusu nominasiya üzrə düzgün seçim edib.
O, "Bavariya"dan Robert Levandovskiyə səs verib. 66 yaşlı baş məşqçi "Çelsi"də çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyonu ikinci, "Liverpul"dan misirli forvard Məhəmməd Salahı isə üçüncü yerə layiq görüb.
Yığmanın və "Qarabağ"ın kapitanı Maksim Medvedev isə seçimində yanılıb. 33 yaşlı müdafiəçi PSJ-dən Kilian Mbappeni ən yaxşı hesab edib.
O, Levandovskini ikinci, "Çelsi"dən fransalı yarımmüdafiəçi N Qolo Kanteni isə üçüncü sırada göstərib.
Robert Levandovski FIFA-nın versiyasına əsasən ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.