"Mahir Emreli "Legiya"dan daha yaxşı yerlərə gedə bilərdi, amma..."

14 Yanvar 2022 23:20 Bizimkilər 780
"Mahir Emreli "Legiya"dan daha yaxşı yerlərə gedə bilərdi, amma..."

"Mahir "Legiya"dan gedirsə, deməli, ciddi səbəb var. Buna da biz müdaxilə edə bilmərik".

Bunu Sportinfo.az-a açıqlamasında Mahir Emrelinin "Legiya"dan ayrılmaq qərarına münasibət bildirən Azərbaycan millisinin sabiq hücumçusu Zaur Ramazanov deyib.

Veteran forvard istənilən halda Mahirin ölkə xaricində qalmalı olduğunu xüsusi vurğulayıb: "Ona ancaq məsləhət görə bilərəm ki, legioner həyatı yaşamağa davam etsin. Düzdü, "Legiya"dan daha yaxşı yerlərə gedə bilərdi. Amma hələ də cavandır və belə imkanı qalır. Çünki potensialı çox böyükdür".

Ramazanov Emrelinin ölkə xaricinə legioner həyatı yaşamış digər futbolçularımızdan fərqli xüsusiyyətə sahib olduğunu bildirib: "Bir çox futbolçularımız ölkə xaricində 3-5 gün qalıb vətənə qayıdır. Amma Mahirdə belə problem də yoxdur. Vətəndən uzaqda qalmağa qısa müddətdə alışmağı bacardı. Millli komandamız üçün də vacib biridir. Ona karyerasında uğurlar arzu edirəm".

Digər Xəbərlər
Xəbər Lenti