Yığmamızın hücumçu təvazökarlıq etdi: "Mən, sadəcə, qol vurmuşam"

13 Yanvar 2022 17:20 Bizimkilər 641
Yığmamızın hücumçu təvazökarlıq etdi: "Mən, sadəcə, qol vurmuşam"

"Bəli, mən topa ilk toxunuşumda qol vurmağı bacardım. Amma bu, futboldur".

Sportinfo.az xəbər verir ki, bunu "Tondela"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Riu Ave"ni 1:0 hesabı ilə yendikləri Portuqaliya Kubokunun 1/4 final matçından sonra deyib.

23 yaşlı hücumçu qələbə qoluna imza atdığı üçün çox xoşbəxt olduğunu söyləyib:

"Mən sadəcə, qol vurmuşam. Biz bir ailəyik və finala çıxmağı arzulayırıq".

Qarşılaşmanın əlavə vaxtında - 95-ci dəqiqədə meydana daxil olan Renat Dadaşov 96-cı dəqiqədə fərqlənməklə komandasını yarımfinala yüksəldib.

Digər Xəbərlər
Xəbər Lenti