Türkiyə klubunun məşhur baş məşqçisi Mahirə niyə zəng vurdu?

12 Yanvar 2022 16:20 Bizimkilər 1 805
Türkiyə klubunun məşhur baş məşqçisi Mahirə niyə zəng vurdu?

Sportinfo.az xəbər verir ki, Türkiyə Superliqa təmsilçisi "Antalyaspor"un baş məşqçisi Nuri Şahin millimizin hücumçusu Mahir Emreliyə zəng vurub.

Telefon söhbəti zamanı N.Şahin "Legiya"dan ayrılması gözlənilən 24 yaşlı hücumçunu komandasına dəvət edib.

M.Emreli dəvətə görə təşəkkür edib, amma karyerasını başqa ölkənin klubunda davam etdirmək istədiyini söyləyib.

Əldə etdiyimiz xəbərə görə, Emreli ona dəvət gələn klubla sırasında "Dinamo" (Zaqreb) üzərində dayanıb. Onun bu qış Xorvatiya klubuna keçəcəyi istisna edilmir (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti