Legioner futbolçumuz NARAHATLIQ yaratdı, amma...

11 Yanvar 2022 17:40 Bizimkilər 1 025
Legioner futbolçumuz NARAHATLIQ yaratdı, amma...

Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilib.

Həmyerlimiz Vüsal İsgəndərlinin də çıxış etdiyi “Keçiörengücü” səfərdə “Altınordu” ilə qarşılaşıb.

Gərgin keçən oyunda Vüsalın komandası əzimkar qələbəyə sevinib - 2:3.

Amma 25 yaşlı yarımmüdafiəçi matçın iştirakçısı olmayıb. Ümumiyyətlə, Vüsala qarşılaşmanın iştirak ərizəsində də yer tapılmayıb.

Son oyunlarda yaxşı performans göstərən futbolçumuzun kənarda qalması diqqət çəkməyə bilməz. İlk ağıla gələn zədə ehtimalı və son zamanlar bir çox klublardan yaxşı təkliflər alan Vüsalın klubunu dəyişməsi variantıdır.

Amma narahatlığa əsas yoxmuş. Belə ki, onun kənarda qalması cəzalı olması ilə bağlıdır. Aktivində 4 sarı vərəqəsi olan oyunçu görüşü kənardan izləməyə məcbur qalıb. Mövsümün arxada qalan bölümündə bu hal ikinci dəfədir İsgəndərlinin başına gəlir.

Qeyd edək ki, “Keçiörengücü” 20 turdan sonra 22 xalla 19 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"