Nikola Yurçeviç: “Bu klub Mahir barədə məndən soruşub”

9 Yanvar 2022 21:00 Bizimkilər 1 344
Nikola Yurçeviç: “Bu klub Mahir  barədə məndən soruşub”

“Dinamo” böyük klubdur. Bu klub mənə doğmadır.

Yeniyetmə yaşlarında orada oynamışam. Həmçinin iki dəfə orada baş məşqçi işləmişəm.

Bu baxımdan “Dinamo”nun oyun fəlsəfəsi mənə tanışdır. Düşünürəm ki, Mahir Emreli üçün “Dinamo” variantı çox əladır”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a millimizin sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.

Polşanın “Legiya” klubuna məxsus olan Mahir Emrelini Xorvatiyanın ən köklü klubu olan Zaqreb “Dinamo”su heyətinə qatmaq istəyir. Yurçeviç isə öz ölkəsinin mətbuatında çıxan bu xəbərdən məlumatlı olduğunu bildirib:

“Bu xəbərlə tanışam. “Dinamo” çox yaxşı oyunçulara malik olan əla klubdur. Onlar hər il avrokuboklarda çıxış edir.

“Dinamo”nun keçmiş futbolçularından Luka Modriç indi “Real”da, Marçelo Brozoviç “İnter”də, Domaqoy Vida “Beşiktaş”da, Lovro Mayer “Renn”də, Yoşko Qvardiol, ispaniyalı Dani Olmo və Borna Sosa “Leypsiq”də oynayırlar.

Mario Mancukiç kimi tanınmış veteran futbolçu oradan çıxıb. Bu klubun çox yaxşı gənc oyunçuları var. Mahir Emreli də bu klubda öz bacarıqlarını göstərib Top-5 Avropa klublarının diqqətini özünə çəkə bilər”.

55 yaşlı məşqçi Mahir Emreli ilə “Dinamo”nun daha əvvəldən maraqlandığını diqqətə çatdırıb:

“Açığı, həmişə məndən onun haqda soruşanda insan və futbolçu kimi yaxşı keyfiyyətlərə malik olduğunu söyləmişəm.

Düzdür, bu dəfə mənimlə əlaqə saxlamayıblar. Ancaq təxminən bir il əvvəl “Dinamo” məndən Mahir haqda soruşmuşdu”.

Digər Xəbərlər
Xəbər Lenti