Namiq yarım saat oynadı, "Bursaspor" Adanada uduzdu - VİDEO

9 Yanvar 2022 01:50 Bizimkilər 394
Namiq yarım saat oynadı, "Bursaspor" Adanada uduzdu - VİDEO

Türkiyə I Liqasında 19-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Adanaspor"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Namiq Ələskərov da bu matçın iştirakçısı olub. Görüşə ehtiyatda başlayan 26 yaşlı vinger 60-cı dəqiqədə Hasan Ayaroğlunun yerinə meydana daxil olub.

19 turdan sonra 19 xal toplayan "Bursaspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı