"Düzdü, Yunanıstan klubu transferimi rəsmi açıqlayıb. Amma məsələ 100% həll olunmayıb. Çünki mənim "Səbail"lə müqaviləm var".
Bunu Sportinfo.az-ın açıqlamasında Yunanıstanın “Olimpiakos Volos” klubuna transfer olunmasına münasibət bildirən Turan Manafov deyib.
23 yaşlı futbolçu özünün bu transferə razılıq verdiyini, amma hər şeyin "Səbail" rəhbərliyinin qərarından asılı olacağını sözlərinə əlavə edib: "Klubuma rəsmi təklif göndərilib. Hazırda da danışıqlar davam edir. Əgər razılıq olsa gedəcəm. Əks halda mövsümün sonuna kimi "Səbail"də qalacam. Mən özüm getməyə razıyam. Amma hazırkı mərhələdə danışıqları klubum aparır".
Xatırladaq ki, ikinci liqa təmsilçisinin mətbuat xidməti Turan Manafovun transferini bu gün ictimaiyyət rəsmi olaraq açıqlayıb.

