Belarusda legioner həyatı yaşayan Ruslan Qurbanov qışdan sonra karyerasını Rusiyada davam etdirə bilər.
30 yaşlı yarımmüdafiəçiyə Rusiyanın birinci liqasından təkliflər var.
Amma Qurbanov qərar verməyə tələsmir. Hazırda adını dəqiqləşdirə bilmədiyimiz klubla futbolçumuz arasında maliyyə məsələsində müzakirə aparılır. Əgər razılıq əldə olunsa, o, qışdan sonra Belarusu tərk edəcək.
Milli komandamızın sabiq üzvü ötən ilin yayından "Slaviya"da çıxış edir. O, bu komandanın forması ilə meydana çıxdığı 5 görüşdə 2 qol vurmağı bacarıb.
SPORTİNFO.AZ

