Xarici klub azərbaycanlı legionerini SATMAĞA HAZIRDIR

10 İyun 2025 02:20 Bizimkilər 1 423
Xarici klub azərbaycanlı legionerini SATMAĞA HAZIRDIR

“Eqnatiya”nın idman direktoru Kleydi Zenali sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Albaniya klubunun və Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevə bir çix klubardan təklif olduğunu deyib:

"Zamiq mövsümü yaxşı səviyyədə keçirdi. Təbii ki, ona bir çox təkliflər var.

Necə olacağını zaman göstərəcək. İndidən bir söz deyə bilmərəm.

Amma onun xidmətində maraqlı olan çox klub var. Danışıqlar davam edir.

Hər halda Zamiq komandamız üçün vacib oyunçudur. Ən yaxşı təklifi irəli sürən komandaya keçidi baş tuta bilər”.

Əliyevin qışda Belçikanın "Eupen" klubuna keçidi gündəmdə olmuşdu. Əlavə edək ki, 24 yaşlı müdafiəçi 2024-cü il iyulun 1-dən “Eqnatiya”da çıxış edir. Onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu