"Ölkəmizi Çempionlar Liqası kimi mötəbər turnirdə təmsil edəcəyim üçün xoşbəxtəm" - Legioner futbolçumuz

4 Yanvar 2022 22:20 Bizimkilər 1 818
"Ölkəmizi Çempionlar Liqası kimi mötəbər turnirdə təmsil edəcəyim üçün xoşbəxtəm" - Legioner futbolçumuz

Azərbaycanlı futbolçu Nurlan Novruzovun komandası "Maçxindira"nı Asiya Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcəyini xəbər vermişdik.

Nurlanın komandası Nepal Super Liqasında son tura kimi gedən gərgin mübarizədə əsas rəqibini 1 xal qabaqlayaraq bu uğura nail olub.

Azərbaycan Premyer Liqasının 2014-2015 mövsümünün bombardiri tarixi uğurla bağlı fikirlərini Sportinfo.az-la bölüşüb: "Asiya Çempionlar Liqasında getmək yolunda sonuncu matçdakı qələbəmiz vacib idi. Şükür Allaha istəyimizə çatdıq. Nepalı beynəlxalq arenada bizim komanda təmsil edəcək. Buna görə çempionatda bir aylıq fasilə yaranacaq.

Bu, mənim üçün çox sevindirici uğurdur. İlk dəfə belə mötəbər yarışda çıxış edəcəyim üçün xoşbəxtəm. Ölkəmizi layiqincə təmsil etmək istəyirəm. Əlbəttə ki, hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. 1-2 günə tunirin hansı ölkədə keçiriləcəyi bilinəcək və ondan sonra vizalarımız hazırlanacaq".

Nurlan Novruzov karyerası ərzində Azərbaycanda "Bakı”, "Sumqayıt”, "Səbail”, Türkiyədə "Şanlıurfa”, "Dersim 62 Spor”, Moldovada "Dinamo-Auto”, Estoniyada "Narva Trans” kimi klublarda və Nepalın "Lalipur Siti" klublarında forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!