"Biz bu dağlarda yaşamışıq, yatmışıq, bilin ki, hansı şəraitdə böyümüşük" - VİDEO

4 Yanvar 2022 22:40 Bizimkilər 781
"Biz bu dağlarda yaşamışıq, yatmışıq, bilin ki, hansı şəraitdə böyümüşük" - VİDEO

Tokio-2020 Yay Olimpiya Oyunlarında Ukraynaya medal qazandıran yunan-Roma güləşçisi Pərviz Nəsibov doğulduğu Ağstafada olub.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı idmançı 15 ildən sonra səfər etdiyi rayonda evlərinin, bir zamanlar yaşadıqları ərazilərin foto və videolarını yayımlayıb.

"Biz bu evdə atam, anam, əmimlə birgə yaşamışıq. Bu, belə demək mümkünsə, bizim sığınacağımızdır. Biz bu dağlarda yaşamışıq, yatmışıq.

Biləsiniz ki, hansı şəraitdə böyümüşük. Uşaqlığım bu dağlarda keçib. Bunlar sadəcə, dağlar deyil.

Mənim əcdadlarımın, babalarımın yaşadıqları məkandır. Fikrimcə, belə yerlərə hər kəs baş çəkməlidir. Keçmişini unudan özünü unudar", - deyə o bildirib.

Pərviz Nəsibov Tokio olimpiadasında 67 kq çəki dərəcəsində gümüş medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!