Araz Abdullayevi meydana gec buraxdılar, o da…

4 Yanvar 2022 11:20 Bizimkilər 1 103
Araz Abdullayevi meydana gec buraxdılar, o da…

Kipr çempionatında 15-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Etnikos" doğma meydanda "Doxa" ilə qarşılaşıb.

Matç qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.

Araz da bu görüşün iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 64-cü dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 82-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

"Etnikos" 15 turdan sonra 8 xalla 12 komanda arasında sonuncu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!