Azərbaycanlı qapıçı Polşada bu qədər qazanacaq

3 Yanvar 2022 23:40 Bizimkilər 1 899
Azərbaycanlı qapıçı Polşada bu qədər qazanacaq

"Səbail"in sabiq qapıçısı Şahin Zəkiyevin Polşanın aşağı liqa təmsilçisi "Gks Przodkowo"la anlaşdığını xəbər vermişdik.

Qolkiperin Polşada qazancağı məbləğ də məlum olub. Onun aylıq gəliri təxminən 1500 manat olacaq.

22 yaşlı çərçivə qoruyucusunun ev problemini də klub öz üzərinə götürüb.

Gənclər millimizin sabiq üzvü ilə bağlanan müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. Əgər onun çıxışı qənaətbəxş olarsa, müqavilə yenidən uzadıla bilər.

Xatırladaq ki, "Keşlə"nin yetirməsi olan Zəkiyev ötən mövsümdən "Səbail"in şərəfini qoruyurdu. O, legioner yaşamaq məqsədi ilə ötən ilin sonları paytaxt klubundan ayrılmışdı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!