Ötən il "Səbail"dən ayrıldıqdan sonra klubsuz qalan Şahin Zəkiyevin Polşada çıxış edəcəyi klubun adına aydınlıq gəlib.
Bu barədə Sportinfo.az-a açıqlamasında Zəkiyev özü məlumat verib.
O, mövsümün sonuna kimi aşağı liqa təmsilçisi "Gks Przodkowo" komandasının şərəfini qoruyacaq.
Qolkiper adıçəkilən klubla bütün müqavilə şərtlərini razılaşdırıb. O, yeni komandasının təlim-məşq toplanışının vaxtının dəqiqləşməsini gözləyir.
Məhz bundan sonra 22 yaşlı qapıçı Polşa təmsilçisinin heyətinə qoşulmaq üçün vətəni tərk edəcək.

