Legioner futbolçumuzun klubu Çempionlar Liqasında çıxış edəcək

2 Yanvar 2022 19:00 Bizimkilər 1 775
Legioner futbolçumuzun klubu Çempionlar Liqasında çıxış edəcək

Azərbaycanlı futbolçu Nurlan Novruzovun komandası "Maçxindira" Asiya Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək.

Nurlanın komandası Nepal Super Liqasında son tura kimi gedən gərgin mübarizədə əsas rəqibini 1 xal qabaqlayaraq bu uğura nail olub.

Yaxın günlərdə Asiya Çempionlar Liqasının təsnifat mərhələsinin püşkü atılacaq və oyunların hansı ölkədə keçirilməsinə aydınlıq gələcək.

28 yaşlı həmyerlimiz ötən ilin oktyabr ayından Nepal təmsilçisinin şərəfini qoruyur.

Nurlan Novruzov karyerası ərzində Azərbaycanda "Bakı”, "Sumqayıt”, "Səbail”, Türkiyədə "Şanlıurfa”, "Dersim 62 Spor”, Moldovada "Dinamo-Auto”, Estoniyada "Narva Trans” kimi klublarda və Nepalın "Lalipur Siti" klublarında forma geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!