Mahirə məsləhət verdilər: "Buradan ayrılmaq üçün yaxşı vaxtdır"

1 Yanvar 2022 09:20 Bizimkilər 830
Mahirə məsləhət verdilər: "Buradan ayrılmaq üçün yaxşı vaxtdır"

Sportinfo.az xəbər verir ki, Polşa mətbuatı Mahir Emrelinin "Legiya"da keçirdiyi yarım ili dəyərləndirib.

Yerli həmkarlarımızın fikrincə, millimizin forvardı avrokuboklarda Varşava təmsilçisinin "qol silah"ı olsa da, daxili çempionatda kölgədə qalıb:

"Mahir Emrelinin 36 zərbəsindən 12-si çərçivəyə düşüb. O, 15 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hücumçu "Legiya"nı çox erkən tərk edə bilər. Ölkə çempionu futbolçunun satışından çox pul qazanmalı idi. Yəqin ki, bu, gerçəkləşməyəcək.

Son aylar onun sərgilədiyi oyundan daha çox əyləncə məkanlarına qatılması danışılıb. Klubdan ayrılmaq üçün yaxşı vaxtdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!