Azərbaycanda COVID pasportlarının etibarlılıq müddəti ilə bağlı ilə yeni qərar verildi

31 Dekabr 2021 00:50 Bizimkilər 597
Azərbaycanda COVID pasportlarının etibarlılıq müddəti ilə bağlı ilə yeni qərar verildi

“COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda dəyişiklik olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, koronavirus sertifikatlarının etibarlılıq müddəti COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə altı ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin bir dozasını aldıqda müddətsiz olacaq.

Qərar 2022-ci il 15 fevral tarixindən qüvvəyə minəcək.

Hazırda sözügedən sertifikatların etibarlılıq müddəti müddətsizdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!