Daha bir futbolçumuz ölkə xaricində çıxış edə bilər.
Söhbət Keşlə"dən yeni ayrılan Nicat Qurbanovdan gedir.
Yarımmüdafiəçiyə Gürcüstan klublarından təkliflər var.
Sadəcə 29 yaşlı oyunçunu narazı salan aşağı maaş təklifidir. Əgər pul məsələsində razılıq əldə olunsa, o, qonşu ölkədə legioner həyata yaşamağa razıdır.
Nicat Qurbanov 2019-2020 mövsümündə Gürcüstanın "Samtrediya"a komandasında legioner həyatı yaşayıb. O, bu klubun forması ilə meydana çıxdığı 11 oyunda 4 qol vurmağı da bacarıb.
Xatırladaq ki, bir neçə gün əvvəl "Keşlə" ilə yolları ayıran Nicat, Premyer Liqanın arxada qalan 14 turunda 1 dəqiqə belə şans qazanmayıb.
SPORTİNFO.AZ

