Azərbaycanlı klub prezidenti Cavuşoğlu ilə görüşdü - FOTO

30 Dekabr 2021 18:00 Bizimkilər 966
Azərbaycanlı klub prezidenti Cavuşoğlu ilə görüşdü - FOTO

AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə ölkə çemionatında mübarizə aparan “Atletico Baku”nun rəhbəri Məhəmməd Abdullayev ilə “Alanyaspor”un prezidenti arasında görüş keçirilib.

Görüş Türkiyədə - “Alanyaspor”un inzibati binasında baş tutub.

Hər iki klub arasında dostluq və əməkdaşlıqla bağlı razılıq əldə olunub.

Klublar arasındakı razılaşmaya əsasən, ilk addım kimi məşqçi heyəti, müxtəlif yaş qruplarının dostluq görüşü və təcrübə toplaması üçün səfər proqramı müzakirə olunub.

Gələcəkdə iki klub arasında mütəmadi görüşlərin keçirilməsi nəzərdə tutulub.

“Alanyaspor”un rəhbəri Hasan Cavuşoğlu Türkiyənin Xarici İşlər naziri Mevlut Cavuşoğlunun böyük qardaşıdır.

HƏBİB / Sportinfo.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!