“Fəridin “Viktoriya” ilə müqaviləsi hələ bitməyib və onun bu klubdan ayrılmağa hazırlaşması haqda yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Vaqif Heydərli deyib.
O, agenti olduğu Fərid Nəbiyevin Çexiyanın II Liqa klubundan gedəcəyi ilə bağlı informasıyaları yalanlayıb.
Onun sözlərinə görə, 2 ildir Jijkov təmsilçisinin formasını geyinən yarımmüdafiəçiyə bir çox təkliflər var:
“O, Avropada qalmaq istəyir. “Viktoriya” rəhbərliyi Fəriddən razıdır. Hələ yeni müqavilə barədə onlarla söhbətimiz olmayıb.
Mövsüm qurtarsın, sonra bütün məsələlərə aydınlıq gələcək. Açığı, qərar verməyə tələsmirik.
Bizim də niyyətimiz odur ki, Fərid güclü çempionatda, iddialı komandada çıxış etsin”.

