Azərbaycan millisinin müdafiəçisi I Liqa klubundan ayrıldı

27 Dekabr 2021 13:40 Bizimkilər 3 405
Azərbaycan millisinin müdafiəçisi I Liqa klubundan ayrıldı

Azərbaycan millisində çıxış etmiş Pavel Paşayev Ukraynada "VPK-Arqo"dan ayrılıb.

Sportinfo.az yerli "Meta-ratings" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi mövsümün sonunadək I liqa təmsilçisində (səviyyəcə ikinci) qalmaq təklifini geri çevirib.

Paşayevin karyerasını Ukraynadan kənarda davam etdirmək istədiyi bildirilib.

Pavel Paşayev "VPK-Arqo"ya sentyabrda keçib. O, daha əvvəl "Aleksandriya"nın formasını geyinib. Müdafiəçi 2015 - 2020-ci illərdə Azərbaycan millisinə dəvət alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!