Namiq Ələsgərov növbəti qolunu “Dənizlispor”a vurdu

5 Dekabr 2021 23:40 Bizimkilər 404
Namiq Ələsgərov növbəti qolunu “Dənizlispor”a vurdu

Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü Namiq Ələskərovun komandası “Bursaspor” növbəti matçına çıxıb.

Bu komanda səfərdə “Dənizlispor”la qarşılaşıb. Ələsgərovun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Namiq də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.

Bursalıların 40-cı dəqiqədə vurduğu ikinci qolun müəllifi də məhz Ələskərov olub.

Digər Xəbərlər
Xəbər Lenti