SON DƏQİQƏ: Azərbaycanlı məşqçiyə ABŞ-dan dəvət gəldi - FOTO

1 Dekabr 2021 21:00 Bizimkilər 1 437
SON DƏQİQƏ: Azərbaycanlı məşqçiyə ABŞ-dan dəvət gəldi - FOTO

Azərbaycanlı futbol məşqçisi ABŞ-da təşkil olunacaq seminara dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bu gün Etibar İbrahimova bununla bağlı müraciət göndərilib.
Müraciət Birləşmiş Futbol Məşqçilərinin icraçı direktoru Geoff Van Deusen tərəfindən edilib ki, məktubda ABŞ-da yaşayan həmyerlimizin Kanzasda keçiriləcək Konvensiyada iştirakının vacibliyi qeyd olunub.

Kanzas şəhərinin Konvensiya Mərkəzində keçiriləcək 2022-ci ilin Birləşmiş Futbol Məşqçiləri Konvensiyası 19-23 yanvar tarixlərini əhatə edəcək.
Etibar İbrahimov 2 ilə yaxındır ABŞ-da yaşayır.
Pro kateqoriyalı mütəxəssis vaxtilə Azərbaycanın U-15, U-16, U-17 və U-19 millilərində köməkçi-məşqçi kimi fəaliyyət göstərib. Daha sonra Hindistanın U-17 seçməsində Nikolay Adamın köməkçisi vəzifəsini yerinə yetirib. Sonuncu iş yeri 2018-19 mövsümündə Birinci Divizionda mübarizə aparan “Kəpəz” olub.

İbrahimovun 2022-ci ilin əvvəlində yenidən vətənə qayıdıb, məşqçiliklə məşğul olacağı gözlənilir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı