Dadaşov böyükhesablı məğlubiyyətdə iştirak etdi

24 Noyabr 2021 02:40 Bizimkilər 623
Dadaşov böyükhesablı məğlubiyyətdə iştirak etdi

Almaniyanın Qərb Regional Liqasında 17-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Oberhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Şalke 2” bu nəticədən sonra 16 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti