Mahirin başına gələn bu hadisə nədir belə? - VİDEO

25 Oktyabr 2021 00:42 Bizimkilər 1 222
Mahirin başına gələn bu hadisə nədir belə? - VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı forvardın komandası “Legiya” XII turda səfər matçına çıxıb.

Varşava təmsilçisi Qlivitsedə “Pyast”ın qonağı olub. Çempionatda uğursuz çıxışını davam etdirən “Legiya” 10-cu matçda 7-ci məğlubiyyətini alıb.

Emrelinin 90 dəqiqəni əvəz edilmədən keçirdiyi qarşılaşmada ev sahibləri 4:1 hesablı qələbəyə sevinib. Son çempionun yeganə qoluna 21-ci dəqiqədə Ernest Muci imza atıb.

Hazırda aktivində 9 xal olan “Legiya” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı