Azərbaycan klublarını püşkatmada kimlər təmsil edəcək?

13 İyun 01:10 Bizimkilər 2 726
Azərbaycan klublarını püşkatmada kimlər təmsil edəcək?

Azərbaycan komandalarını UEFA turnirlərinin 2025/2026 mövsümünün püşkatma mərasimlərində təmsil edəcək şəxslər müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Premyer Liqa klublarının mətbuat xidmətindən məlumat verilib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatma mərasiminə "Qarabağ"ın Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev və Beynəlxalq Münasibətlər üzrə menecer Vüsal Həsənov qatılacaqlar.

"Sabah"ın baş icraçı direktoru Ramin Həsənov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasında iştirak edəcək.

"Araz-Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusubov, "Zirə"dən isə baş menecer Elman Himayətoğlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimində təmsil olunacaqlar.

Tədbirlər İsveçrənin Nyon şəhərində baş tutacaq. UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü iyunun 18-də, Avropa Liqasında I təsnifat mərhələsinin püşkü isə iyunun 17-də atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var