Mahir Emrelinin üzləşdiyi hadisə ilə bağlı SON XƏBƏR

14 Oktyabr 2021 00:42 Bizimkilər 1 052
Mahir Emrelinin üzləşdiyi hadisə ilə bağlı SON XƏBƏR

“Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı məlumat yayıb.

Sportinfo.az xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçunun 3-cü koronavirus testinin nəticəsinin də mənfi çıxdığı xatırladıb.

Millimizin üzvünün tezliklə komanda ilə məşqlərə qoşulacağı və onun Polşa çempionatının növbəti turunda “Lex”ə qarşı oynaya biləcəyi vurğulanıb.

Mahir Emrelinin millimizin DÇ-2022-nin Serbiya ilə dünənki seçmə mərhələ oyunundan (1:3) əvvəl ilk testi müsbət çıxıb və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxıb. Ancaq sonra onun ikinci testi mənfi çıxıb.

"Legiya"nın "Lex"lə oyunu isə oktyabrın 17-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM