MAHİR: "O söhbətdən sonra heç vaxt qorxu hiss etməmişəm"

25 Sentyabr 2021 12:40 Bizimkilər 698
MAHİR: "O söhbətdən sonra heç vaxt qorxu hiss etməmişəm"

"Dünyanın ən yaxşı işinə sahibəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Legiya"da çıxış edən Mahir Emreliyə məxsusdur.

O, ilk dəfə yığmaya dəvət aldığı vaxt başına gələn hadisəni xatıırlayıb: "Bir neçə il əvvəl – Azərbaycan millisinə çağırılanadək özüm də bunu qiymətləndirmirdim.

19 yaşım var idi, Robert Prosineçki məni 2018-ci il dünya çempionatının seçmə mərhələ oyunları öncəsi müsahibəyə dəvət etmişdi.

Bir az gərgin olduğumu gördü və mənə kömək etmək istədi. Stresimin səbəbini soruşdu. Ona həqiqəti söylədim. Təlim-məşq toplanışında ilk dəfə olduğum üçün əsəbi olduğumu dedim.

Onda baş məşqçi bu ifadəni işlətdi: dünyada futbol oynamaqdan daha yaxşı iş yoxdur. Bu sözlər beynimə həkk olundu.

Ondan sonra heç vaxt meydana çıxmazdan əvvəl qorxu hiss etməmişəm. Bir söhbət mənim futbola yanaşmamı, düşüncəmi tamamilə dəyişdi.

Əminəm ki, bunun sayəsində irəli getməyə davam edirəm. Dünyada futbol oynamaqdan yaxşı iş yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti