"Mənə 1 milyon mükafat vəd edilib" - Başqa ölkəni təmsil edən azərbaycanlı

25 Sentyabr 2021 14:20 Bizimkilər 694
"Mənə 1 milyon mükafat vəd edilib" - Başqa ölkəni təmsil edən azərbaycanlı

"Olimpiadadan sonra mənə Zaporojye bölgəsində 2 otaqlı mənzil verdilər.

Tezliklə orada təmir işlərinə başlayacağam".

Sportinfo.az xəbər verir ki, bunu Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra aldığı mükafatlar barədə "КП в Украине" nəşrinə müsahibəsində deyib.

Yaponiya paytaxtındakı yarışda gümüş medal qazanmış 23 yaşlı idmançı bildirib ki, Zaporojye meri ona 1 000 000 qrivna mükafat vəd edib:

"Vergilər çıxıldıqdan sonra təqribən 800 000 qrivna (1000 qrivna 64 manat - red.) pul qalacaq. Amma hələlik vəsait hesabıma köçürülməyib.

Mən də gözləyirəm. Olimpiadadan sonra aldığım 80 000 ABŞ dolları məbləğində mükafatı Nikolayevdə yaşayan valideynlərimə verdim. Onlar mənzil almaq istəyirlər".

Nəsibov Tokio olimpiadasından sonra aylıq məvacibində dəyişiklik olmadığını söyləyib: "Məbləğ hələlik əvvəlki kimi 15 000 qrivnadır.

Belə başa düşürəm ki, maaşla bağlı qərar 2022-ci ildən qüvvəyə minəcək. Prezident müavinəti də nəzərdə tutulur. Yaxşı olmalıdır. Alanda sizə deyəcəyəm".

Digər Xəbərlər
Xəbər Lenti