Elxan Məmmədov "feysbuk"da kimlərə təşəkkür etdi?

23 İyul 2021 00:56 Bizimkilər 831
Elxan Məmmədov "feysbuk"da kimlərə təşəkkür etdi?

"Avropa çempionatı başa çatdı, artıq klublarımız avrokuboklarda mübarizəyə başlayıb".

Sportinfo.az xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın "feysbuk" səhifəsinə açıqlamasında deyib.

"Qarabağ"ın İsrail "Aşdod"u ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu Tofiq Bəhramov adına Respublika stadionundan canlı izləyən Məmmədov könüllülərin işini yüksək qiymətləndirib:

"Azarkeşlər stadionda komandalarla birgə futbol həyəcanı yaşayır, dəstəklərini nümayiş etdirirlər. Sevindirici haldır ki, AVRO-2020-də olduğu kimi, könüllülərimiz yenə bizimlədir. Təşəkkürlər"!

Digər Xəbərlər
Xəbər Lenti