Avropaya getdikləri üçün bu qədər MÜKAFAT ALACAQLAR

15 İyun 2024 15:00 Bizimkilər 1 562
Avropaya getdikləri üçün bu qədər MÜKAFAT ALACAQLAR

Konfrans Liqasına vəsiqə qazanan «Sumqayıt»ın rəhbərliyi futbolçulara mükafat ödəyəcək.

Premyer Liqada dördüncü yeri tutaraq avrokuboklara yollanmaq haqqı əldə edən «kimyaçılar» heç də az məbləğ almayacaq.

Futbolçuların hər birinə 5000 manat vəd olunub. Sadəcə, bu vəsait nəqd şəkildə verilməyəcək.

Odur ki, məbləğin vergiyə cəlb edilməsi qaçılmazdır. Vergilərin 5 faizdən 20 faizə qaldırılması səbəbindən oyunçuların əlinə çatası pul 4000 manat olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş