Mahir Emrelinin mini qol seriyası qırıldı - “Nürnberq”də

08:40 Bizimkilər 712
Mahir Emrelinin mini qol seriyası qırıldı - “Nürnberq”də

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında 32-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Miroslav Klozenin komandası öz meydanında "Elversberq"lə qarşılaşıb.

M.Emreli əsas heyətdə yer alıb və sonadək meydanda olub. Bunadək 2-ci Bundesliqanın son 3 oyununda 4 qol vuran Emrelinin mini qol seriyası bu matçda qırılıb.

Onun komandası 44-cü dəqiqədə hesabı açsa da (Janis Antiste), fasilədən sonra 3 qol buraxaraq uduzub - 1:3.

Beləliklə, “Nürnberq” ardıcıl 3-cü oyunda xal itirib. Hazırda onlar 32 oyundan 45 xalla 10-cu yeri tuturlar.

Digər Xəbərlər
Xəbər Lenti