Ailəsinə görə ayrılıbmış...

11:40 Bizimkilər 556
Ailəsinə görə ayrılıbmış...

Azərbaycan millisinin vingeri Ozan Can Kökçünün HJK-dan ayrılmasının gerçək səbəbi məlum olub.

27 yaşlı cinah oyunçusu ailəsinin təkidi ilə Finlandiya klubunu tərk edib.

Belə ki, yaxınları Helsinki şəhərində darıxdıqlarını deyərək, onun 2026-cı ilin iyununa qədər nəzərdə tutulmuş müqaviləsinə vaxtından əvvəl xitam verməsinə nail olublar.

Son vaxtlar az şans qazanmasına görə HJK-dan getməsinə dair məlumatlara bu üzdən inanmayın.

O, fin komandasındasında aparıcı oyunçulardan sayılırdı və ötən müddətdə istər rəhbərliklə, istərsə də məşqçi korpusu ilə arasında heç bir problem yaranmayıb.

Ozan Can Kökçü 2024-cü ilin yayında “Eyndhoven”dən (Niderland) transfer edilmişdi. O, HJK-in heyətində ümumilikdə 36 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Yığmamızın üzvünə Türkiyə, Polşa və ərəb ölkələrindən təklif var. Ailəsi isə Canın Niderlandda qalmasını istəyir. Çünki bir çox qohumları məhz bu ölkədə yaşayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti