Azərbaycanlı veteran futbolçular Daşkənddə 5:5 etdi

03:00 Bizimkilər 1 470
Azərbaycanlı veteran futbolçular Daşkənddə 5:5 etdi

Azərbaycanın veteran futbolçularından ibarət yığması Özbəkistanda yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, komandamız səfərə AFFA və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollanıb.

Maraqlı və dostluq şəraitində keçən qarşılaşma 5:5 hesabı ilə yekinlaşıb.

Millimizin heyətində Hüseyn Məhəmmədov, Arif Əsədov, Emin Quliyev, Ədahim Niftəliyev, Alim Qasımov, Tərlan Əhmədov, Mahmud Qurbanov kimi veteranlar yer alıb.

Nümayəndə heyətində Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev və veteran hakim Rüstəm Rəhimov rəhbərlik ediblər.

Oyundan əvvəl komandamız Heydər Əliyevin Özbəkistandakı heykəlini ziyarət ediblər.

Digər Xəbərlər
Xəbər Lenti