Nicat Abasov 1/4 finala vəsiqə qazandı - Dünya Kubokunda

14 Avqust 2023 10:00 Şahmat 1 730
Nicat Abasov 1/4 finala vəsiqə qazandı - Dünya Kubokunda

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov qara fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.

İlk partiyada olduğu kimi cavab oyununda da Nicat Abasov qələbə qazanıb.

Beləliklə Azərbaycan şahmatçısı karyerasında ilk dəfə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Şahmatçımızın növbəti rəqibi Yan Nepomnyaşi-Santoş Vidit (Hindistan) cütünün qalibi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar