Millimizin hücumçusu haqda: "Atam Messi və Ronaldodan yaxşı oynayırdı"

23 Aprel 16:20 Bizimkilər 1 216
Millimizin hücumçusu haqda: "Atam Messi və Ronaldodan yaxşı oynayırdı"

“Atam heç vaxt məni oxumağa məcbur etməyib, məni meydandan qovmayıb.

O, Azərbaycan çempionatındakı karyerası ərzində çox qol vurub. Hətta Azərbaycan milli komandasında da oynayıb".

Sportinfo.az xəbər verir ki, bu sözləri Gürcüstan millisinin və “Rubin”in futbolçusu Xviça Kvaratsxeliya Rusiya mətbuatına müsahibəsində deib.

Milli komandamızın sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu olan 20 yaşlı yarımmüdafiəçi atasının oyunu ilə bağlı danışıb: “Heç bir şey xatırlamıram, o vaxt çox kiçik idim.

Ancaq bizdə onun matçlarının videoyazıları var, onları izləmişəm. Bilirsiniz, mən kiçik olanda Messi və Ronaldonun futbolda ən yaxşılar olduğunu söyləyiblər. Amma atamın onlardan daha yaxşı oynadığını düşünürdüm”.

Gənc futbolçu atasının Azərbaycan millisini seçməsi ilə bağlı isə bunları bildirib: “Bu suala cavab vermək mənim üçün çətindir. Çünki onunla bu mövzuda danışmamışıq.

Ancaq atam həqiqətən vaxtının çoxunu Azərbaycan çempionatında keçirib. Düşünürəm ki, bu onun şəxsi seçimi idi. Gürcüstanın o zaman buna necə reaksiya verdiyini də bilmirəm.

Atam bir neçə il əvvəl məşqçiliyi öz istəyilə bitirdi. Buna qismən sağlamlıq problemləri səbəb oldu. Məncə, evdə oturub oyunumu izləsə yaxşıdır”.

Avropanın bir sıra böyük klublarının maraq dairəsində olan istedadlı oyunçu atasından daha güclü futbolçu olmaq arzusunda olduğunu deyib:

"Hansı pilləyə yüksəlməyimdən asılı olmayaraq, atamın oğluyam. Ancaq əlbəttə ki, onun karyerasını üstələmək istərdim”.

Digər Xəbərlər
Xəbər Lenti
17 May 23:00 Bu il bağlanmayacaq?