Operaya gedən Paşinyan Azərbaycanla bağlı oğurluğa belə göz yumdu - VİDEO

1 Dekabr 2024 07:30 Bizimkilər 1 423
Operaya gedən Paşinyan Azərbaycanla bağlı oğurluğa belə göz yumdu - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə saxtakarlığı ilə diqqət çəkib.

Bu, onun mədəni istirahəti zamanı baş verib.

Belə ki, qızı Məryəmlə operaya gedən Paşinyan, buradan lentə aldığı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Diqqət çəkən məqam isə ondan ibarət olub ki, səhnədə dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası ifa olunub.

Ermənistan Dövlət Caz Orkestrinin konsertində iştirak edən Paşinyanın, ermənilər tərəfindən oğurlanan operettanı dinləməkdən zövq aldığı paylaşdığı videoda öz əksini tapıb. Oğurluğa dövlət rəhbərliyi səviyyəsində göz yumulmasının isə yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

“O olmasın, bu olsun” Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediyadır.

Musiqili komediya əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən eyniadlı film çəkilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var