"Buranı Azərbaycan klubları ilə müqayisə etməzdim" - Polşa klubuna gedən futbolçumuz

7 Mart 2021 11:20 Bizimkilər 4 205
"Buranı Azərbaycan klubları ilə müqayisə etməzdim" - Polşa klubuna gedən futbolçumuz

"Komandamda özümü yaxşı hiss edirəm.

Heç sanki yeni legioner deyiləm. Komanda yoldaşlarım və məşqçilər yaxşıdır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Polşanın üçüncü liqa təmsilçisi KSZO-ya yollanan Fuad Bayramov deyib.

26 yaşlı yarımmüdafiəç yeni klubunda rəsmi görüşə hələ çıxmamasını belə əlaqələndirib:

"Çempionatda ikinci dövrə yeni başlayıb. Yoldaşlıq görüşlərində çıxış etsəm də rəsmi oyunlarda meydana çıxmaq qismət olmayıb.

Çünki viza məsələm həll olmamışdı. Artıq bu problem də öz həllini tapıb. Bundan əlavə ayağımda da yüngül zədəm vardı".

O, çıxış etdiyin klubun 3-cü liqa təmsilçisi olmasına baxmayaraq, səviyyənin o qədər də aşağı olmadığını bildirib:

"Əlbəttə ki, Azərbaycan Premyer Liqasının səviyyəsi daha üstündür. Burada atletik futbol oynayırlar. Səviyyə çox da aşağı deyil. Stadionlarından da vəziyyət görsənir.

Hər bir komandanın təbii örtüklü arenası var. Bizim çempionatla müqayisə etməzdim. Çünki burdakı klubların oyun tərzi başqadır. Burdakı klublar fiziki baxımdan bizim klublardan çox üstündülər".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"