Azərbaycan millisindən təklif aldı, vaxt istədi – Fikirləşmək üçün

6 Mart 2021 13:20 Bizimkilər 1 094
Azərbaycan millisindən təklif aldı, vaxt istədi – Fikirləşmək üçün

Ukraynanın “Mariupol” klubunun futbolçusu Eldar Quliyev Azərbaycan yığmasında çıxış edə bilər.

Sportinnfo.az xəbər verir ki, bu barədə “meta-ratings.com.ua” saytı məlumat yayıb.

Xəbərdə AFFA-nın 18 yaşlı futbolçuya Azərbaycan yığmasında oynamaq üçün dəvət göndərdiyi bildirilib. Quliyev, fikirləşmək üçün federasiyadan vaxt istəyib.

AFFA Quliyevdən başqa, Ukraynanın “Minay” klubunda çıxış edən Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni də milli komandanın sıralarına cəlb etmək istəyir.

Eldar Quliyev ötən il “Mariupol”la Ukrayna Premyer Liqasında debüt edib. Yarımmüdafiəçi bu mövsüm 5 oyuna çıxıb.

Yarımmüdafiəçi 2011-2014-cü illərdə Kiyev “Dinamo”sunun, 2014-2017-də “Dnep”in, 2017-2019-cu illərdə isə Donetsk “Şaxtyor”unun aşağı yaş qruplarında çıxış edib. Eldar, 2019-cu ildən “Mariupol”dadır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!