Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi - FFOTO

18 Yanvar 2021 17:10 Bizimkilər 689
Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi - FFOTO

Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vüsal Məmmədovun bu gün övladı dünyaya gəlib.

Körpə oğlandır və sağlamlığı yerindədir: “Hələ cinsiyyəti məlum olanda atası adının Hüseyn olmasını istəmişdi. Onun arzusuna uyğun olaraq uşağa Hüseyn adı verilib”.

30 yaşlı şəhid Vüsal Qüdrət oğlu Məmmədov cəmi 7 ay idi ki, ailə qurmuşdu. O, XTQ-nin tərkibində dalğıc (sualtı hücum) kəşfiyyatçı vəzifəsində xidmət edib. Oktyabrın 12-də Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub.

Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Gülnar Əliyeva


Digər Xəbərlər
Xəbər Lenti