"Bəzi şeylər istədiyimiz kimi getmədi"

18 Mart 2025 03:30 Basketbol 816
"Bəzi şeylər istədiyimiz kimi getmədi"

"Pley-offda rəqibin kimliyindən asılı olmayaraq, sona qədər mübarizə aparacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın "Quba"ya qarşı Azərbaycan Basketbol Liqasının XIX turunun oyunundan sonra deyib.

Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:

"Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Baxmayaraq ki, bəzi şeylər istədiyimiz kimi getmədi. Qarşılaşmaya yaxşı başladıq. Xal fərqini 15-ə qədər qaldırmışdıq. Daha sonra kombinasiyalı oyuna üstünlük vermədik. Bu da "Quba"nın bizə çatması ilə nəticələndi. Matçın sonlarında yenə fərqi artırdıq. Bu gün məhsuldar oynayan Endryu Louder, Zayon Yanq, Kolin Qolson, xüsusilə də tripl-dabl edən Eli Lourensə təşəkkür edirəm. Biz artıq B qrupunda 4-cü pilləni təmin etdik. Pley-offdakı rəqibimizi gözləyəcəyik. Rəqibin kimliyindən asılı olmayaraq, sona qədər mübarizə aparacağıq",

"Sumqayıt" - "Ordu" qarşılaşması birincilərin 112:103 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız