Azərbaycan Basketbol Liqasında II tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Gəncə" "Quba" ilə üz-üzə gəlib.
Qarşılaşma Gəncə klubunun qələbəsi ilə bitib - 90:62.
Son çempion "Sabah" "Neftçi"ni üstələyib - 93:75.
II turda "Naxçıvan" NTD-ni (72:71), "Lənkəran" "Sumqayıt"ı (93:71), "Ordu" "Şəki"ni (104:84), "Sərhədçi" isə "Abşeron"nu (79:70) məğlub edib.